Haqqımızda

1995-ci ildən fəaliyyət göstərən Akhundoff Networks Ltd. şirkəti mobil rabitə bazarında qabaqcıl yerlərdən birini tutur. «Həmişə bir addım irəlidə» prinsipini əsas götürmüş şirkət inteqrasiya və baş verən müasir dəyişiklikləri reallaşdıraraq telekommunikasiya sahəsində inkişaf etməkdə davam edir.

Azərbaycanda mobil rabitə operatorları 90-cı illərin əvvəlində öz fəaliyyətinə başlamışdır. Əlbəttə belə iri şirkətlərə xidmət göstərmək üçün mobil rabitə bazarında distribyuterlərin meydana çıxması tələbi yarandı. Məhz bu səbəbdən Akhundoff Networks Ltd. şirkəti Azercell Telecom MMC ilə əməkdaşlıq etməyə başladı və hal-hazırda bu əməkdaşlıq müvəffəqiyyətlə davam edir.

Hazırda Akhundoff Networks Ltd şirkətinin  1 texniki servis mərkəzi fəaliyyət göstərir.

Akhundoff Networks Ltd şirkəti ZTE, Huawei və Sony şirkətlərilə sıx əməkdaşlıq edir. Şirkət Azercell Telecom MMC ilə müştərək olaraq yüksək sürətli interneti dəstəkləyən (21 Mb/s) USB Data Card, mobil WiFi və routerlərin satışını, həmçinin bu cihazlara xidməti həyata keçirir.

Akhundoff Networks Ltd ən yaxın və etibarlı tərəfdaşı olan Azercell Telecom MMC ilə çox sayda layihə və kampaniyalara imza atmışdır. Bu layihələr abunəçilərə genişzolaqlı 3G və 4G texnologiyalarından istifadə edərək yüksək sürətli internet təqdim edir