Partnyorlar

Azercell-in əsas təsisçisi – İsveç, Finlandiya, İspaniya, Türkiyə, Rusiya, Estoniya, Nepal və digər ölkələr kimi 20-dən çox ölkədə filial-müəsissəsi olan və ümumi sayı 460 milyondan çox əhaliyə xidmət göstərən Telia Company şirkətidir. Telia Companu Avrasiyada mobil rabitə sahəsində güclü mövqeyə malik qabaqcıl telekommunikasiya holdinqlərindən biridir.

Azercell şirkətinin hazırkı 100% sərmayədarı Türkiyənin “Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş,” şirkətidir.

Azercell 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu.

Azercell ölkənin telekommunikasiya sektorunun inkişafına və sosial rifahının artırılmasına yönəlmiş layihələri çərçivəsində ümumi məbləği 1 mlrd. ABŞ dollarından artıq sərmayə qoymuşdur. Vergilər Nazirliyinin məlumatına əsasən, Azercell neft sektorundan sonra respublikanın ən iri vergi ödəyicisidir.

Sony Corporation — transmilli şirkət. Mənzil qərargahı Yaponiya və ABŞ-dadır. 1946-cı ildə yapon mühəndisləri Akio Morita və Masaru İbuka tərəfindən Yaponiyada yaradılıb.

2007—2008 maliyyə ili üçün satış dövriyyəsi 85,47 mlrd. $ (2006—2007 ildəki 79,95 mlrd. $-dan 6,9 % artıq) təşkil etmişdir. Xalis gəlir 3,56 mlrd. $ (2006—2007-ci ildəki 1,22 mlrd. $-dan 3 dəfə çox).

Hazırda Sony Corporation — Sony Group holdinqin tərkibinə daxildir. Sony Group əsas əməliyyat seqmenti:

  • Sony Corporation
  • Sony Computer Entertainment (Sony Playstation, video oyunlar )
  • Sony Pictures Entertainment
  • Sony Music Entertainment (musiqi alətləri).
  • Sony Financial Holdings (maliyyə sferasında əməliyyatlar — sığorta, banklar)
  • Sony (mobil telefonlar)
  • Sony Vaio (noutbuklar)
  • Sony Bravia (televizorlar)

Huawei şirkəti 100-dən çox ölkədə filialları olan dünyanın ən iri texnoloji şirkətlərindən biridir. Hər il şirkət yüksək texnologiyalar sahəsində elmi tədqiqatlara 1,2 milyard ABŞ dollarından çox vəsait xərcləyir. Huawei yüksək texnologiyalar sahəsində patentlərin sayına görə dünya liderlərindən biridir. Son illər ərzində şirkət Huawei brendi altında smartfonların satış həcmini uğurla artıra bilmişdir. Cari ilin 4-cü rübündə Huawei öz göstəricilərini ötən ilin analoji dövrü ilə müqayisədə artırmağı planlaşdırır. İDC-nin məlumatlarına görə, 2012-ci ilin oktyabr-dekabr aylarında satılmış smartfonların sayına (10,8 milyon ədəd) görə Huawei şirkəti Apple və Samsung-dan sonra üçüncü yeri tutmuşdur. Huawei şirkətinin üstünlüklərindən biri bütün istehsalat siklinin məhz şirkətin öz müəssisələrində həyata keçirilməsidir. Belə ki, şirkət komponentlərin keyfiyyətinə tam olaraq nəzarət edə bilir.